Rusiyada dövlətə xəyanət edən alim öldü

Dövlətə xəyanətdə ittiham edilərək ev həbsində saxlanılan rusiyalı alim Valeri Mitko 81 yaşında ölüb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hidroakustika, Arktika araşdırmaları ilə mütəxəssis Valeri Mitko 81 yaşında vəfat edib”, - deyə bildirilib.

Qeyd edək ki, Valeri Mitko 2020-ci ildə Çin xüsusi xidmət orqanlarına dövlət sirri təşkil edən materialları verməkdə ittiham edilirdi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

SONRAKI XƏBƏR

Marneulidə azərbaycanlı müəllim şagirdləri diz çökdürərək cəzalandırdı: İşdən çıxarıldı – FOTO