İbrahim Kalın Ukrayna Prezident Administrasiyasının rəhbəri ilə görüşdü

İbrahim Kalın Ukrayna Prezident Administrasiyasının rəhbəri ilə görüşdü<span class="qirmizi"></span>

 

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakla görüşüb.

Bizim.Media xəbər verir ki, tərəflər Ukrayna müharibəsinin gedişini və günün cari hadisələrini müzakirə ediblər.

Kalın Türkiyənin Rusiyanın beynəlxalq hüquqa zidd olaraq qəbul etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini ilhaq etmək qərarını rədd etdiyini xatırladıb.

O, çətin şərtlərə baxmayaraq, Türkiyənin tərəfləri yaxınlaşdırmaq üçün səylərini qətiyyətlə davam etdirdiyini sözlərinə əlavə edib.

Bizim.Media

Mənbə: bizim.media