Bolqarıstanda seçkilər  - Keçmiş baş nazir öndədir

Bolqarıstanda seçkilər  - Keçmiş baş nazir öndədir<span class="qirmizi"></span>

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilib.

Redaktor.az xəbər verir ki, seçkilər artıq başa çatıb və ilkin "exit-poll" nəticələri açıqlanıb.

"Gallup International" və "Alpha Research" şirkətləri tərəfindən keçirilən "exit-poll" nəticələrinə görə, sağ mərkəzçi GERB partiyası 24,6-25,5% səs toplayıb.

Keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi partiya seçkilərdə birinci yerə çıxıb. Ancaq hökumət qurmaq üçün kifayət etmir.

GERB-nin əsas rəqibi, keçmiş baş nazir Kiril Petkovun rəhbərlik etdiyi islahatçı “Dəyişikliyə davam edirik” partiyası exit-poll nəticələrinə görə 18,9-19,9% səslə ikinci olub.

Üçüncü yerdə əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Haqq və Azadlıqlar Hərəkatı (HÖH) qərarlaşıb.

Rəsmi nəticələrin 3 gün sonra açıqlanacaq. Seçici fəallığı 35 faizə yaxın olub.

Mənbə: redaktor.az