Ukrayna prezidentinin xanımı İstanbulda tədbirdə - FOTO/VİDEO

Ukrayna prezidentinin xanımı İstanbulda tədbirdə - FOTO/VİDEO<span class="qirmizi"></span>

Türkiyə Ukraynanın ADA sinifli sualtı qayıq əleyhinə "Hetman İvan Mazepa" korvetini suya buraxıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, bu ad hələ 2021-ci ildə tikinti başlayanda Ukrayna prezidenti tərəfindən ona seçilib.

Korvetin 2024-cü ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinə qəbul ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, tədbirdə Türkiyənin müdafiə naziri Hulusi Akar, Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya və digər rəsmilər iştirak ediblər.
 

 

 

Mənbə: bizim.media