Yermak Kalın və Sallivan ilə görüşüb

Yermak Kalın və Sallivan ilə görüşüb<span class="qirmizi"></span>

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə üçtərəfli formatda görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə A.Yermak öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunub ki, görüş zamanı Ukraynanın NATO-ya üzv olana qədər Ukraynanın etibarlı beynəlxalq təhlükəsizlik zəmanətləri almasının vacibliyi vurğulanıb.

Mənbə: news.milli.az