NATO Ukraynaya təhlükəsizlik zəmanəti verməlidir!

NATO Ukraynaya təhlükəsizlik zəmanəti verməlidir!<span class="qirmizi"></span>

Ukrayna tərəfdaşları ilə razılaşmalıdır ki, NATO-ya daxil olmamışdan əvvəl ölkənin İsveç və Finlandiya kimi müvəqqəti təhlükəsizlik zəmanətləri olsun.

BUun Ukraynanın sabiq xarici işlər naziri və NATO-dakı missiyasının keçmiş rəhbəri Vladimir Xandoqiy deyib.

"NATO-ya qoşulmazdan əvvəl təhlükəsizlik zəmanətləri modeli Ukraynaya tətbiq oluna bilər və tətbiq edilməlidir. Biz başa düşürük ki, sabah rəsmi olaraq 5-ci maddə bizə şamil edilməyəcək. İstənilən halda biz bunu təklif etməliyik. Üzvlükdən əvvəlki dövr üçün biz İsveç və Finlandiya kimi müvəqqəti zəmanətlər almalıyıq. Üstəlik, bu gün biz zəmanətlər haqqında danışıqlar aparırıq. Onlar Ukraynanın NATO-ya tam üzv olması üçün müvəqqəti struktur olmalıdır”, - Xandoqiy bildirib.

Mənbə: axar.az