Britaniya qondarma Xerson vilayətinin hökumət başçısına qarşı sanksiyalar tətbiq etdi

 

Böyük Britaniya hakimiyyəti qondarma Xerson vilayətinin hökumət başçısı Sergey Eliseyevə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Bu barədə Böyük Britaniyanın yenilənmiş sanksiyalar siyahısında qeyd olunub.

Eliseyevə qarşı sanksiyalar onun Böyük Britaniyaya girişinin qadağan edilməsini və aşkar ediləcəyi təqdirdə aktivlərinin dondurulmasını nəzərdə tutur.

Bu məhdudiyyətlər onun Ukraynada sabitliyi pozmaq hərəkətlərində əlinin olduğu iddiası ilə tətbiq edilib.

Mənbə: TASS

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Sankt-Peterburqdakı Erməni kilsəsi yaxınlığında silahlı şəxs saxlanıldı - VİDEO

SONRAKI XƏBƏR

Bakıda 21 yaşlı motosikletçini avtomobil vurub