ABŞ Yapon dənizinə təyyarədaşıyan atom gəmisini göndərir

 

ABŞ Yapon dənizinə təyyarədaşıyan atom gəmisini göndərmək qərarına gəlib.

Pentaqon “Ronald Reyqan” gəmisini yenidən Yaponiya dənizində yerləşdirəcək. Bu, Vaşinqtonun Şimali Koreyadan raket buraxılışlarına cavabı olacaq.

Bildirilir ki, bu addım Pxenyana ABŞ və Cənubi Koreyanın birliyini nümayiş etdirəcək. ABŞ və Cənubi Koreya bununla Koreya Xalq Demokratik Respublikasının “təxribat”larına cavab verməyə hazır olduqlarını göstərəcək.

Gəminin təyyarədaşıyan qrupu onlarla təyyarə və helikopterdən ibarətdir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İrəvanın səfərbərlik çağırışı. Savaş olacaq... - Ambarsumyan

SONRAKI XƏBƏR

Putinin müraciəti gözlənilir: Müharibə elanı...