Paşinyan: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

 

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Bunun müəllifləri Vardan Oskanyan və Robert Koçaryandır. Serj Sarqsyan və Edvard Nalbandyan isə bu irsi hakimiyyətə gəlmək şərti kimi qəbul etdilər. Həmçinin Robert Koçaryan 1998-ci ildə hakimiyyətə gəlməyin ilkin şərti kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırdı”, - deyə N.Paşinyan qeyd edib.

Mənbə: Armeniya Seycas

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İsveç səfiri Türkiyə XİN-ə çağırılıb

SONRAKI XƏBƏR

Qax sakini Bakıda çoxmərtəbəli binadan yıxılaraq ölüb