Erməni əsirlərdən ETİRAF – Azərbaycanda şiddətə məruz QALMAMIŞIQ

Erməni əsirlərdən ETİRAF – Azərbaycanda şiddətə məruz QALMAMIŞIQ<span class="qirmizi"></span>

 

“Qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar əsirlikdə işgəncələrə məruz qalmayıb”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

“Hazırda müstəntiqlər Ermənistana qaytarılmış 10 hərbçini dindirir, qalan 7 hərbçi isə müalicədədir, reabilitasiyaları bitdikdən sonra dindiriləcək”,-deyə Tadevosyan qeyd edib.

Qeyd edək ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb.

Mənbə: bizim.media