UN-HABITAT-ın icraçı direktoru: “Azərbaycan Prezidenti ilə görüşməkdən şərəf duyuram”

UN-HABITAT-ın icraçı direktoru: “Azərbaycan Prezidenti ilə görüşməkdən şərəf duyuram”<span class="qirmizi"></span>

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən şərəf duyduğunu bildirib.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə hazırlanmış BMT-nin Azərbaycanda Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyası olan yaşayış məntəqələri üzrə ölkə proqramının sənədini dövlət başçısı İlham Əliyevə təqdim etməkdən qürur duyduğunu vurğulayıb.

Mənbə: report.az