Rusiya Litvanının müvəqqəti işlər vəkilini ölkədən çıxarır

Rusiya Litvanının müvəqqəti işlər vəkilini ölkədən çıxarır<span class="qirmizi"></span>

 

Rusiya Litvanın müvəqqəti işlər vəkilini Virginiya Umbraseni ölkədən çıxarır. AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

Diplomat yaxın 5 gün ərzində ölkəni tərk etməlidir.

XİN bu addımın Litvanın Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu ölkədən çıxarmasına cavab olduğunu açıqlayıb.
 

 

Mənbə: azvision.az