Bolqarıstan parlamentinə keçirilən növbədənkənar seçkilərin nəticələri məlum oldu

Bolqarıstan parlamentinə keçirilən növbədənkənar seçkilərin nəticələri məlum oldu<span class="qirmizi"></span>

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində Demokratik Qüvvələr İttifaqı ilə koalisiyada Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyası qalib gəlib.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının sədri Kameliya Neykova deyib.

Seçici səslərilərinin 25,33%-ni (634 627 nəfər səs verib) qazanan blok 67 deputat mandatı alacaq.

Həmçinin, “Dəyişikliklərə davam edirik” koalisiyası 53, Hüquq və Azadlıq Hərəkatı isə 36 deputatla parlamentdə təmsil olunacaq.

MSK-dan verilən məlumata görə, Bolqarıstanın 48-ci Milli Məclisinin deputatlarının növbədənkənar seçkilərində seçicilərin 39,41 faizi, ümumilikdə 2 milyon 501 min 963 nəfər iştirak edib.

Hazırda yeni hökumət qurmaq cəhdi ilə seçkilərdə qalib gələn siyasi birliklər arasında məsləhətləşmələr başlayıb.

Mənbə: TASS

Mənbə: www.oxu.az