Efiopiyada Tıqray üsyançıları hökumətlə sülh danışıqlarına razılaşıb

Efiopiyada Tıqray üsyançıları hökumətlə sülh danışıqlarına razılaşıb<span class="qirmizi"></span>

Efiopiyada Tiqray Xalq Azadlıq Cəbhəsinin rəhbərliyi Afrika İttifaqının vasitəçiliyi ilə federal hökumətlə sülh danışıqlarına başlamaq təklifi ilə razılaşıb.

"Report" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 5-də Efiopiya federal hökuməti Afrika İttifaqının təklif etdiyi Tiqray Xalq Azadlıq Cəbhəsi ilə sülh danışıqlarına razı olduğunu rəsmən elan edib.

Afrika İttifaqı vasitəçi kimi oktyabrın 1-də Efiopiya hakimiyyətinə və Tiqray Xalq Azadlıq Cəbhəsinin rəhbərliyinə məktub göndərərək, onları 8-9 oktyabrda sülh danışıqlarına başlamağa dəvət edib.

Avqustun 24-də Efiopiya hökuməti və Tiqray Xalq Azadlıq Cəbhəsinin rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Hazırda Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.

Mənbə: report.az