Ukrayna yüzlərlə texnikanı qənimət götürdü

Ukrayna yüzlərlə texnikanı qənimət götürdü<span class="qirmizi"></span>

Ukraynanın bir ay əvvəl Xarkov vilayətində sürətli irəliləyişi Rusiya ordusunun ağır silahlarını və təchizat anbarlarını nizamsız bir şəkildə tərk etməsi ilə nəticələnib. Bununla yüzlərlə rus zirehli texnikası Ukrayna əsgərlərinin əlinə keçib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit” nəşri məlumat yayıb.

Xarkov cəbhəsindəki Ukrayna artilleriya batalyonunun qərargah rəisi jurnalistlərə bildirib ki, hazırda onun bölməsində bu yaxınlarda qənimət kimi götürülmüş dörd Rusiya “2S19 Msta" 152 mm özüyeriyən haubitsa, eləcə də çoxlu sovet silahları var:

“Rusların artıq atəş gücündə üstünlüyü yoxdur. Hücuma başlamazdan əvvəl onların bütün artilleriya hissələrini darmadağın etdik, sonra o qədər sürətlə irəliləməyə başladıq ki, onların yanacaq doldurmağa və tanklarını aparmağa belə vaxtları yox idi. Onlar sadəcə hər şeyi atıb qaçdılar”.

Mənbə: axar.az