MN: "Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır"

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür.

Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Bakıda Avropa brendi adı altında görün hansı məhsullar satılır?

SONRAKI XƏBƏR

Yunanıstan sahillərində miqrantları daşıyan gəmi batdı: Çox sayda insan həlak oldu