Ukrayna ordusunun Xarkovda əks-hücumu pik həddinə çatmayıb - ISW

Ukrayna ordusunun Xarkovda əks-hücumu pik həddinə çatmayıb -  ISW<span class="qirmizi"></span>

Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əks-hücum əməliyyatı hələ də kulminasiya nöqtəsinə çatmayıb. Ordu hazırda Luqansk vilayətinə doğru irəliləyir. AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin son hesabatında məlumat verilib.

Mütəxəssislərin qeyd etdiyi kimi, ruslar Oskol və Severski Donets çaylarının sahillərini əllərində saxlaya bilməyiblər. Onlar həmçinin bu zonadan "real sərhəd" kimi istifadə edərək, Kiyev ordusunun Rusiya tərəfindən işğal olunmuş Ukraynanın şərqindəki həssas ərazilərə irəliləməsinin qarşısını ala bilməyiblər.

Tural Tağıyev

 

 

Mənbə: azvision.az