Ukrayna İran istehsalı olan kamikadze-dronları məhv etdi

Ukraynanın cənubunda İran istehsalı olan 9 kamikadze-dron məhv edilib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb:

“Oktyabrın 5-dən 6-na keçən gecə Rusiya qoşunları İran istehsalı olan “Şahed-136” kamikadze-dronları ilə Ukraynaya hücum edib.

“Yuq” Hava Komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 9 kamikadze pilotsuz uçuş aparatı məhv edilib”.

Qeyd edək ki, avqustun ortalarında İran Rusiya Federasiyasına minə yaxın kamikadze-dron satıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda avtomobillərin sayı artıb - RƏSMİ

SONRAKI XƏBƏR

Bakıda tıxaclardan necə qurtulmaq olar?