Zelenski: "1,6 milyon ukraynalı Rusiyaya deportasiya edilib"

Zelenski:  "1,6 milyon ukraynalı Rusiyaya deportasiya edilib"<span class="qirmizi"></span>

Rusiya 1 milyon 600 mindən çox Ukrayna vətəndaşını işğal etdiyi ərazilərindən deportasiya edib. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Amerika Dövlətləri Təşkilatına müraciəti zamanı deyib.

"Biz bu müharibədə qalib gələcəyimizə və Ukraynanın müstəqilliyini qoruya biləcəyimizə şübhə etmirik. Cəbhədə gündəlik qələbələr, Ukraynanın onlarla işğaldan azad edilmiş şəhər və kəndləri bunu sübut edir", - prezident qeyd edib.

O vurğulayıb ki, indi Ukrayna üçün yalnız bir sual var: Rusiyanın məğlubiyyətini etiraf etməzdən əvvəl daha neçə Ukrayna vətəndaşını öldürməyə vaxtı olacaq.

"Nə vaxta qədər işğalçılar Ukraynadan taxıl, sənaye müəssisələrini, eləcə də insanları oğurlayıb Rusiyaya aparacaqlar? Onlar insanları oğurlayırlar. Artıq bir milyon altı yüz mindən çox ukraynalı deportasiya edilib. Onlar bu dövlətin ərazisinə, ucqar rayonlarına səpələniblər. Bir çoxunun sənədləri əlindən alınıb, bir çoxu işğalçıların dəhşətli filtrasiya düşərgələrindən keçib, orada ələ salınıb, hədə-qorxu gəlinib”, - Zelenski vurğulayıb.

 

 

Mənbə: azvision.az