Qırğızıstan bayrağının rənginin dəyişdirilməsi təklif olunur

Qırğız Respublikasında dövlət bayrağının dəyişdirilməsi təkilifi irəli sürülüb.

“Report” “kaktus.media”ya istinadən xəbər verir ki, bu barədə deputat Arslanbek Maliyev bildirib.

Onun sözlərinə görə, tarixən qırğızların bayrağı göy rəngdə olub. Deputat buna görə də dövlət bayrağının bu rəngdə olmasının vacibliyini vurğulayıb.

Parlament üzvü bununla bağlı qanun layihəsinin hazırlandığını qeyd edərək dövlət himninin sözlərində də bəzi dəyişiklilərin edilməsinin vacibliyi söyləyib: “Öz tarixi rəmzlərimizə qayıtmağın vaxtıdır”.

Məlumata görə, bu ideyanın təşəbbüskarları hesab edir ki, dövlətin indiki bayrağındakı qırmızı rəng keçmiş SSRİ-ni xatırladır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycandakı hərbi attaşelər Edillidə aşkarlanan kütləvi məzarlığa baş çəkiblər

SONRAKI XƏBƏR

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib