Britaniya kəşfiyyatı: "Ukrayna Xersonda 20 km irəliləyib"

Britaniya kəşfiyyatı:  "Ukrayna Xersonda 20 km irəliləyib"<span class="qirmizi"></span>

Rusiya Xerson bölgəsini Ukraynanın əks-hücumlarından müdafiə etmək üçün kadr çatışmazlığı ilə üzləşib. Ehtimal ki, bu sektora məhz səfərbər edilmiş ehtiyat qüvvələrini yerləşdirməyi planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında məlumat verilib.

Cənuba doğru irəliləyən Ukrayna bölmələri ilk növbədə, İnquleç çayının şərq sahili və Dnepr çayının qərb sahili ilə irəliləməklə cəbhə xəttində daha 20 kilometr irəliləyib. Lakin Britaniya kəşfiyyatı hələlik bu uğurların Rusiyanın əsas müdafiə mövqelərini təhdid etmədiyini qeyd edir.
 "Rusiya komandanlığı, çox güman ki, Nova Kaxovka sektorunda artan təhlükəni ən aktual problemlərdən biri kimi nəzərdən keçirəcək", - icmalda deyilir.
Xüsusilə, ərazidə olan zədələnmiş Dnepr çayı keçidi onların qüvvələrini artırmaq üçün əsas yoldan biri olaraq qalır.

"Rusiya dilemma qarşısındadır: döyüş qüvvələrinin Dneprdən çıxarılması Xerson bölgəsinin qalan hissəsinin müdafiəsini daha stabil edir", - Britaniya kəşfiyyatı qeyd edib.

O da vurğulanır ki, Rusiya Xersonun müdafiəsinə kifayət qədər şəxsi heyəti olmayan, ştatı az olan hava-desant qoşunlarının əksəriyyətini cəlb edib.

Tural Tağıyev
 

 

Mənbə: azvision.az