Nikol Paşinyan Praqaya gedib

Nikol Paşinyan Praqaya gedib<span class="qirmizi"></span>

Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqaya səfəri başlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bugün hökumətin iclasına Baş nazirin müavini Mher Qriqoryan sədrlik edəcək.

Xatırladaq ki, bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Zirvə görüşü çərçivəsində Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli, Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə dördtərəfli görüşü gözlənilir.

Mənbə: report.az