Üçtərəfli bəyanatdan sonra mina partlaması nəticəsində 34 azərbaycanlı ölüb, həmin cinayətlərlə bağlı 35 nəfər axtarışa verilib

Üçtərəfli bəyanatdan sonra mina partlaması nəticəsində 34 azərbaycanlı ölüb, həmin cinayətlərlə bağlı 35 nəfər axtarışa verilib<span class="qirmizi"></span>

"10.11.2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb, 73 nəfəri isə mina və digər qurğuların partlaması nəticəsində, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin cinayətlərlə bağlı 35 nəfər axtarışa verilib".

“Report” xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, qeyd edilən cinayət işlərin üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiyanın, 17-si Ermənistanın, 5-i Fransanın, 1-i isə Gürcüstanın vətəndaşlarıdır:

"Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxaq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib".

Mənbə: report.az