Azərbaycanda məsuliyyətə cəlb edilmiş ermənilərin ittiham olunduqları maddələr açıqlanıb

Azərbaycanda məsuliyyətə cəlb edilmiş 57 erməni Cinayət Məcəlləsinin (CM) ağır maddələri ilə ittiham olunaraq məhkum olunub.

“Report” xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, 14 nəfər CM-nin 318.2, 36 nəfər CM-nin 228.3 və 318.2-ci maddələri, 2 nəfər CM-nin 112, 113, 115.3, 120.2.1, 120.2.3, 120.2.12, 206.3.2, 228.2.1, 228.2.2, 279.1, 318.2, 2 nəfər 214.2.1,214.2.2, 214.2.3, 214-3.2, 228.3, 282.2, 318.2 və 28, 282.2-ci, 2 nəfər 228.2.1, 276, 279.1 və 318.2, 1 nəfər 114.3, 214.2.1, 214.2.3, 228.2.1, 279.1 və 318.2-ci maddələri ilə məhkum edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qurban Qurbanov gecikən futbolçuya nə deyib?

SONRAKI XƏBƏR

Azərbaycan millisi FIFA reytinqində irəliləyib