Vahid Hacıyev: “Minalar insanların azad edilmiş ərazilərə qayıtmasına əngəl yaradır”

Vahid Hacıyev: “Minalar insanların azad edilmiş ərazilərə qayıtmasına əngəl yaradır”<span class="qirmizi"></span>

“Keçmiş məcburi köçkünlərin evlərinə qayıtmasına əsas maneə mina təhlükəsidir”.

“Report” xəbər verir ki, bunu Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi zamanı hər gün onlarla, yüzlərlə mina tapılır”, - o vurğulayıb.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, əsas məqsəd orada insanların rahat və təhlükəsiz yaşaması üçün lazımi infrastrukturun yaradılmasıdır: “Bundan başqa, regionun biomüxtəlifliyinin qorunması və bərpası vacibdir”.

Mənbə: report.az