Kamran Əliyev: "Ermənistan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı məlumat verməkdən yayınır"

Kamran Əliyev: "Ermənistan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı məlumat verməkdən yayınır"<span class="qirmizi"></span>

Ermənistan I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məlumat verməkdən yayınır və məsuliyyəti üzərlərindən atmağa çalışırlar.

"Report" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.

Onun sözlərinə görə, I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də onlara müraciət edir: "Mən ermənistanlı həmkarımla görüşdə dəfələrlə bu məsələni qaldırmışam. Amma təəssüflər olsun ki, onlar bundan yayınır və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Lakin biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyənləşdirilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.

Mənbə: report.az