ATMU-da maarifləndirmə tədbiri: “İnsan alverinə yol verməyək.”

ATMU-da maarifləndirmə tədbiri: “İnsan alverinə yol verməyək.”<span class="qirmizi"></span>

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təşkil olunan növbəti maarifləndirmə tədbirində “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev rəhbəri olduğu – “İnsan alverinə yol verməyək. İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması” layihəsinin mahiyyətindən bəhs edib. Potensial insan alveri qurbanları, profilaktik tədbirlər və digər məsələlərin tələbələrə, gənc qızlara, pedaqoqlara detallı faktlarla çatdırılması amilinin vacibliyini xüsusi vurğulayıb.

Universitetin insan hüquqları üzrə eksperti Aydın Kərimov bütün zamanlarda aktuallığını saxlayan, cəmiyyət həyatını narahat edən, insan alveri ilə mübarizədə hər bir şəxsin məsuliyyətini şərtləndirən cəhətlərə mütəxəssis mövqeyindən münasibət bildirib.

Gündəmdəki məsələni hüquqi müstəvidə şərh edən Aydın Kərimov və “Polisə Dəstək” İctimai Birliyinin sədr müavini Leyli Quliyeva tələbələrin çoxsaylı suallarını konkret faktlarla cavablandırdılar.

“İnsan alverinə yol verməyək. İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması” adlı maarrifləndirmə təlimində fəal tələbələrə bukletlər və informasiya materialları təqdim olunub. Layihənin rəhbəri Şəmsəddin Əliyev tədbirin təşkilinə görə ATMU-nun karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarovaya, Tələbə Gənclər təşkilatının sədri Samir Abdullayevə və iştirakçı tələbələrə təşəkkürünü bildirib.

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com