Qətər Türkiyədən yardım istədi: Ankara hərbi kontingent göndərəcək

Qətər Türkiyədən yardım istədi:  <span class="qirmizi"> Ankara hərbi kontingent göndərəcək</span>

Türkiyə parlamenti Qətərdə keçirilən “Dünya Çempionatı Qalxanı” əməliyyatı çərçivəsində ölkənin hərbi kontingentinin altı aylıq missiyası haqqında qanun layihəsini təsdiqləyib. Sənəd noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərə Türkiyə ordusunun cəlb edilməsini nəzərdə tutur.

Missiya Qətər hakimiyyətinin Türkiyəyə müraciəti əsasında həyata keçiriləcək.

“Türkiyə və Qətər arasında tarixi, mədəni və humanitar əlaqələri, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə sıx əməkdaşlığı, eləcə də Fars körfəzi regionunda sabitlik və təhlükəsizliyin bütün region üçün əhəmiyyətini nəzərə alaraq, Qətər hökumətinin müraciətinə müsbət cavab verilməsi məqsədəuyğun hesab edilib”, – deyə parlamentin qərarında deyilir.

Orada hərbi kontingentin sayı göstərilmir.

Bundan əvvəl Qətərdə idman obyektləri və hotellərin təhlükəsizliyinə kömək etmək üçün Türkiyənin üç minə yaxın polis əməkdaşı, 100 xüsusi təyinatlı, partlayıcı qurğular üzrə 50 mütəxəssis və 80 xidməti it göndərəcəyi bildirilmişdi.

Mənbə: www.oxu.az