Hindistanda 8 nəfər çayda boğulub, 40-a yaxın insan itkin düşüb

Hindistanda 8 nəfər çayda boğulub, 40-a yaxın insan itkin düşüb<span class="qirmizi"></span>

Hindistanda dini ayin zamanı 8 nəfər çayda boğulub, 40-a yaxın insan itkin düşüb. Səbəb suyun səviyyəsinin kəskin qalxması olub.

"Report" xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Hadisə Calpayquri bölgəsində yüzlərlə insanın toplaşdığı ilahə Durqaya ibadət festivalı zamanı baş verib.

Mənbə: report.az