Sülh danışıqları ərəfəsində vəziyyət - VİDEO

Sülh danışıqları ərəfəsində vəziyyət - VİDEO<span class="qirmizi"></span>

Müharibədən sonra Azərbaycan üçün əsas prioritet sülh müqaviləsinin bağlanmasıdır. Rəsmi Bakı bu istiqamətdə mühüm addımlar atır. Ötən gün də ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığında sülh müqaviləsinin mexanizmləri, delimitasiya və demarkasiya məsələləri müzakrə olunub. 5 bəndlik sülh təklifi ilə çıxış edən Azərbaycan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönələn addımlara hazır oluğunu hər zaman bəyan edib. Dəfələrlə Azərbaycan Prezidenti də çıxışında Qarabağda yaşayan ermənilərə sahib çıxdığını bəyan edərək onların hüquqlarının da, təhlükəsizliyinin də dövlətimiz tərəfindən təmin ediləcəyinə zəmanət verib.

Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, qalib ölkənin - Azərbvaycanın Ali Baş Komandanı İlham Əliyev ruhdan düşmüş erməni azlığının Azərbaycana tam re-inteqrasiyasının əsas post-münaqişə prinsipini bu şəkildə ortaya qoyur.

İndi isə Ermənistana diqqət yetirək. Danışıqlar manipulyasiyadan başqa bir şey deyil. Siyasi rəhbərlik sülh prosesinə sadiq olduğunu, bunun üçün əlindən gələni etdiyini desə də, hərbi rəhbərlik açıq şəkildə əməliyyatlara başlamaq barədə göstəriş verildiyini deyir. Belə ki, Ermənistanın Baş qərargah rəisinin müavini Arakel Martikyan bir neçə müddət əvvəl Ermənistanda akkreditə olunan səfirlərdə "biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik" deməklə revanşist çıxış etmişdi. Zamanla ölkənin baş nazirindən tutumuş, ayrı-ayrı rəhbər şəxslərin belə təhdid dolu çıxşlarına çox şahidlik etmişik. Millət vəkili Tural Gəncəliyev bildirdi ki, qarşı tərəf hələ məğqlubiyyəti qəbul etmədiyindən sülhə hazır olmadığını açıq-aydın ortaya qoyur.

Rəsmi İrəvan beynəlxalq ictimaiyyət qarşısında özünü sülhsevər, bütün məsələləri danışıqlar yolu ilə həll etməyə çalışan ölkə kimi göstərməyə çalışsa da, əməldə danışıqları yubadan, işğalçılıq iddiaları ilə çıxış edir. Siyasi ekspertlər bildirir ki, bu gün Ermənistanın sülhdən başqa yolu qalmayıb. Müstəqil yaşaya bilməyən və Qərbdən kömək uman Ermənistan sülh prosesinə razı olmaqla, həm regional layihələrə qoşula bilər, həm də düşdüyü böhrandan çıxa bilər.

 

 

Mənbə: www.realtv.az