"Rolumuzu şübhə altına alanlar arzu etdiklərini həqiqət kimi qələmə verir"

"Rolumuzu şübhə altına alanlar arzu etdiklərini həqiqət kimi qələmə verir"<span class="qirmizi"></span>

Biz müttəfiqlərimiz olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kompleks kömək göstəririk.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bizim hərtərəfli təkliflərimiz Rusiya XİN-in xüsusi nümayəndəsinin səfərləri zamanı Bakı və İrəvana təhvil verilib. Bizim rolumuzu şübhə altına alanlar arzu etdiklərini həqiqət kimi qələmə verir. Biz praktiki işlə məşğuluq, bunu hansısa əlamətdar tarix və ya gözəl format üçün etmirik, nəticə əldə etməyə çalışırıq. Sülh danışıqları məsələsinin yüksək həssaslığını nəzərə alaraq, biz aparılan danışıqların detallarına ictimai şəkildə şərh etməyi məqsədəuyğun hesab etmirik", - deyə o bildirib.

Milli.Az

Mənbə: news.milli.az