Rusiyalı alim: Bizə qarşı 750 minlik ordu hazırlanır

Rusiyalı alim: Bizə qarşı 750 minlik ordu hazırlanır<span class="qirmizi"></span>

Biz hələ də Ukrayna ilə aramızda olan münaqişəyə “xüsusi əməliyyat” deyirik, amma bu, artıq genişmiqyaslı müharibədir.

Bu fikirləri “Rossiya 1” telekanalının canlı efiri zamanı Moskva Dövlət Universitetinin Dünya siyasəfi fakültəsinin dekanı, rusiyalı alim Andrey Sidorov deyib.

“ABŞ bu yaxınlarda Polşaya strateji nüvə silahı göndərəcək. Hazırda Qərbin dəstəyi ilə Ukraynada 750 minlik böyük bir ordu hazırlanır. Qeyd edim ki, bu, Rusiyanın bütün ordusu qədərdir. Qaldı ki Ukrayna cəbhəsində olanlar... Bu ordu hücuma keçsə, nə olacaq? Rusiyada yaxın günlərdə yeni səfərbərlik gözlənilir. Bu artıq dəqiqdir”, - deyə o qeyd edib.

Mənbə: axar.az