Hərbçilərimiz "Daşnaksütyun"un bölüyünü məhv edibmiş - Yeni faktlar

Hərbçilərimiz "Daşnaksütyun"un bölüyünü məhv edibmiş -  Yeni faktlar<span class="qirmizi"></span>

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı keçirdiyi daha bir uğurlu əməliyyatı üzə çıxıb. Sən demə qəhrəman hərbçilərimiz əzəli torpaqlarımızı işğaldan azad edərkən terrorçu siyasi təşkilat olan "Daşnaksütyun"un xeyli sayda üzvünü öldürüb. Daha doğrusu, daşnaklardan ibarət bütöv bir bölük tamamilə məhv edilib.

"Daşnaksütyun" funksioneri, Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü İşxan Saqatelyan bununla bağlı sosial şəbəkələrdə diqqət çəkən paylaşım edib.

O, yazıb ki 2 il əvvəl, oktyabrın 6-da 44 günlük müharibədəki gərgin döyüşlər zamanı "Daşnaksütyun"un xüsusi bölüyü yox edilib.

“2020-ci il oktyabrın 6-da daşnakların 26 döyüşçüsü canını tapşırdı. 26 parlaq oğlan...", - baş daşnak terrorçuları tərif edərək gileylənib.

Qeyd edək ki, "Daşnaksütyun" müharibədən sonra xarici ölkələrdə Azərbaycana qarşı aktiv təxribatlar törədir. Məsələn, bir neçə gün öncə Beyrutda səfirliyimizə qarşı "Daşnaksütyun" və "Hnçak" partiyalarının çağırışı ilə əvvəlcədən planlaşdırılmış təxribata cəhd edildi. Livanda Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə də hücumlar etdilər.
Tural Tağıyev
 

Mənbə: azvision.az