Kütləvi məzarlıqla bağlı cinayət işi açılıb - VİDEO

Kütləvi məzarlıqla bağlı cinayət işi açılıb - VİDEO<span class="qirmizi"></span>

Ermənistan respublikasının silahlı qüvvələri və qanunsuz erməni birləşmələri tərəfindən Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara qarşı tördıilmiş cinayətlərlə bağlı cinayət məcəlləsinin müharibə adət və qanunlarını pozma beynəlxalq nüquq normalarına zidd olaraq əsir düşmüş şəxsləri qəsdən öldürmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Bunu Baş Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Emil Tağıyev bildirdi ki, hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Mənbə: www.realtv.az