ABŞ səfirliyindən Edillidə aşkarlanmış kütləvi məzarlıqla bağlı AÇIQLAMA – ÖZƏL

ABŞ səfirliyindən Edillidə aşkarlanmış kütləvi məzarlıqla bağlı AÇIQLAMA – ÖZƏL<span class="qirmizi"></span>

 

Azərbaycanda erməni hərbi əsirlərə qarşı qeyri-insani hərəkətlərin edilməsi ilə bağlı mənşəyi bəlli olmayan videolara görə ABŞ hökümətinin son bəyanatı cəmiyyətimizdə birmənalı qarşılanmadı.

Vətəndaşlarımız illərdi sürən erməni vandaliziminə, qətliamlarına sukut nümayiş etdirən Amerika diplomatiyasına qarşı etirazlarını bildirdilər.

Elə həmin günlərdə aşkarlanmış Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıq və birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyindən münasibət istədilər.


Bizim.Media olaraq vətəndaşlarımızın haqlı tələbini suala çevirib ABŞ səfirliyinə ünvanladıq:

1.ABŞ hökümətinin oktyabrın 4-də Xocavənd rayonunun Edilli kəndində erməni faşistləri tərəfindən vəhşicəsinə qətl edilən Azərbaycanlı hərbi əsirlərin kütləvi məzarlığı ilə bağlı açıqlaması gözlənilirmi?

2.İşğaldan azad olunmuş digər ərazilərdə gizlədilmiş kütləvi məzarlıqlarların tezliklə aşkar edilməsi üçün ABŞ Ermənistan hökümətinə müraciət edibmi?

3.Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə ABŞ hökümətinin mövqeyi nədən ibarətdir?

Səfirliyə göndərdiyimiz sorğuya operativ cavab verildi. Amma verilən cavabı dəfələrlə oxusaq da Amerikalı dostlarımızın nə demək istədiklərini anlaya bilmədik.

Beləki, Bizim.Media-nın kütləvi məzarlıqlarla bağlı sualına səfirlikdən cavab olaraq bildirilir:

“Onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. Birləşmiş Ştatlar vəhşiliklər barədə xəbərlərdən dərin narahatdır və hər hansı vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülhə çatmaq və yaraların sağalması üçün cavabdehlik lazımdır”.

“Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə ABŞ hökümətinin mövqeyi nədən ibarətdir?” sualına isə səfirlik belə cavab verib:

“ABŞ Ermənistan və Azərbaycanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və ABŞ Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Biz BQXK-nın, beynəlxalq QHT-lərin və jurnalistlərin dağıntı və zərər iddialarını müstəqil və qərəzsiz qiymətləndirməsi, qiymətləndirmək və araşdırmaq imkanını dəstəkləyirik”.
Cavabları isə bundan artıq şərh etmək istəmirik.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media