Praqada dördtərəfli görüş yenidən başlayıb - YENİLƏNİB + FOTO/VİDEO

Praqada dördtərəfli görüş yenidən başlayıb - <span class="qirmizi">YENİLƏNİB + FOTO/VİDEO</span>

Bu dəqiqələrdə Praqada dördtərəfli görüş yenidən başlayıb.

"Caliber"in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan təkrar bir araya gəliblər.

20:15

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Mənbə: oxu.az