Zelenski: "Rusiya nüvə silahından istifadə etsə Putin həyatını xilas edə bilməyəcək"

Zelenski:  "Rusiya nüvə silahından istifadə etsə Putin həyatını xilas edə bilməyəcək"<span class="qirmizi"></span>

Rusiya Federasiyası nüvə silahından istifadə edəcəyi təqdirdə Vladimir Putinin həyatını xilas edə bilməyəcək AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avstraliyanın Lou İnstitutuna müsahibəsində deyib. O bildirib ki, dünya nə Rusiya Federasiyasının prezidentini, nə də Rusiyanın özünü heç vaxt bağışlayacaq.

"Yenə də hesab edirəm ki, Rusiya lideri öz həyatını çox sevir. Məncə, o, nüvə silahından istifadə etdikdən sonra həyatını daha xilas edə bilməyəcəyini anlayır. Mən buna əminəm", - Zelenski deyib.


 

Mənbə: azvision.az