Avropa Siyasi Birliyinin növbəti sammitinin məkanı açıqlandı

 

Hazırda 44 ölkədən ibarət Avropa Siyasi Birliyinin dövlət və hökumət başçılarının növbəti sammiti Moldovada keçiriləcək.

Bu barədə cümə axşamı jurnalistlərə təşəbbüsün Praqada keçirilən ilk iclası çərçivəsində Aİ nümayəndəsi bildirib.

“Hər kəs bu ideyanı dəstəkləyir” deyən mənbə jurnalistlərin sualını cavablandırıb və əlavə edib ki, qərar hələ rəsmən təsdiqlənməyib. Diplomat növbəti sammitin dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb, lakin Aİ Şurası dünən Brüsselin bunu hər altı aydan bir keçirmək niyyətində olduğunu bildirib.

Mənbə: TASS

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Xarkovda qeyri-adi tapıntılar - Qutuda qızıl dişlər və seks oyuncağı...

SONRAKI XƏBƏR

Zabratda unudulan və antisanitar vəziyyətdə qalan qəbiristanlıq - FOTOREPORTAJ