Prezident: Sülh mətninin hazırlanması ilə məşğul olsunlar!

Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İşdən çıxsalar da, adlarına cərimələr yazılırdı - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycan Lideri: "Avropa İttifaqı ölkələri bizim üçün əsas ticarət tərəfdaşlarıdır"