Praqada Əliyev və Ərdoğana mərkəzdə yer verildi – Səbəb

Praqada Əliyev və Ərdoğana mərkəzdə yer verildi – <span class="qirmizi">Səbəb</span>

Avropanın hazırda iki böyük aktual problemi var: Ukrayna müharibəsi və enerji böhranı. Praqadakı zirvəyə də əsasən və ilkin olaraq bu məqsədlə ehtiyac duyulub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Nazim Cəfərsoy “Avropa siyasi birliyi”nin Praqada keçirilən Zirvəsində liderlərin kollektiv fotosu haqda qeyd edib.

O bildirib ki, protokola uyğun olaraq, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın mərkəzdə yer alması təsadüfü deyil:

“Ukrayna böhranının vasitəçisi və enerji tranzit ölkəsi Türkiyə lideri Ərdoğan ilə enerji istehsalçısı və tranzit ölkəsi Azərbaycan lideri İlham Əliyevə bu toplantının rəsmi səklində mərkəzdə yer verilib.

Bunu beynəlxalq münasibətlərdə mili maraqlar və real siyasəti ən yaxşı anladan fotolardan biri saymaq olar!”

Mənbə: axar.az