Ərdoğan Paşinyanla görüş barədə: "Bölgədə tam normallaşmaya inanıram"

Ərdoğan Paşinyanla görüş barədə: "Bölgədə tam normallaşmaya inanıram"<span class="qirmizi"></span>

"Səmimi qəlbdən inanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşə toxunan Ərdoğan bildirib ki, Avropa Siyasi Birliyinin səyi ilə ümumi problemlərin həllinin vaxtı çatıb.

Mənbə: report.az