Bu, Dünya savaşının başlanmasına çağırışdır

Vladimir Zelenskinin Rusiyaya preventiv zərbə endirilməsi ilə bağlı çağırışı Dünya müharibəsi deməkdir.

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, münaqişə baş verərsə, nəticələr dəhşətli və gözlənilməz olacaq:

“Ukrayna Prezidentinin bəyanatlarına bütün dünya ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və AB üzvləri diqqət yetirməlidir. Vaşinqton və Londonun əslində Kiyevin fəaliyyətinə cavabdeh olduqlarını nəzərə alsaq, onlar Zelenskinin sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, Zelenski Rusiyanın nüvə zərbəsini gözləmədən NATO-nu bu ölkəyə preventiv zərbə endirməyə çağırmışdı.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: "Türkiyənin Aİ-nin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə əvəzolunmaz rolu var"

SONRAKI XƏBƏR

ÜST Azərbaycanda koronavirusla mübarizə istiqamətdə görülən işləri yüksək qiymətləndirib