Çavuşoğlu ilə Mirzoyanın görüşü OLACAQ

Çavuşoğlu ilə Mirzoyanın görüşü OLACAQ<span class="qirmizi"></span>

“Ermənistan Baş naziri Nikol Paşinyanla görüşümüz səmimi şəkildə keçdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.

O, bildirib ki, görüş əsnasında bəzi tələblər müzakirə olundu və bununla bağlı hər iki ölkənin xüsusi nümayəndələri və xarici işlər nazirliklərinə təlimatlar verildi.

“Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Eyni zamanda normallaşma prosesinə dair xüsusi numayəndələr də görüşəcək. Atılacaq növbəti addımlar bu görüşlərin nəticəsindən asılı olaraq atılacaq”,- deyə Ərdoğan qeyd edib.
 

Mənbə: bizim.media