Putin Ərdoğanla telefonla danışacaq

Sabah Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki,  bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Rusiya Prezidentinin sabahkı proqramında Ərdoğanla söhbətin olub-olmaması ilə bağlı suala Kreml sözçüsü “Bəli, var” cavabını verib.

Qeyd edək ki, daha əvvəl Peskov Putinin oktyabrın 7-nə bir sıra telefon əlaqəsi planlaşdırdığını bildirib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Çavuşoğlu ilə Mirzoyanın görüşü OLACAQ

SONRAKI XƏBƏR

Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına müsahibəsi - YENİLƏNİB + TAM MƏTN - FOTO/VİDEO