Moldova fövqəladə vəziyyət rejimini uzatdı

Moldova fövqəladə vəziyyət rejimini uzatdı<span class="qirmizi"></span>

Moldova Ukraynadakı müharibə ilə əlaqədar fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.

Axar.az xəbər verir ki, bu barədə qərar Moldova hökumətinin müraciəti əsasında parlamentin oktyabrın 6-da keçirilən iclasında qəbul edilib.

Hakim Fəaliyyət və Həmrəylik Partiyasının 53 deputatı fövqəladə vəziyyət rejiminin oktyabrın 7-dən uzadılmasına səs verib.

Mənbə: axar.az