Yaponiya Kadırov və Şoyqunu da siyahıya saldı

Yaponiya Kadırov və Şoyqunu da siyahıya saldı<span class="qirmizi"></span>

Yaponiya Rusiyaya sanksiyalar siyahısını genişləndirib. Buraya daha doqquz təşkilat və 80-dən çox şəxs daxildir.

Axar.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Qeyd edilir ki, Tokionun Rusiya sanksiyalarına düşən şirkətlər arasında “Kalaşnikov” konserni, “Roselektroniks”, həmçinin UEC-Klimov və “Sozvezdie” səhmdar cəmiyyətləri var.

Məlumata görə, Dmitri Medvedyev, Mixail Mişustin, Valentina Matviyenko, Sergey Şoyqu və Ramzan Kadırov da daxil olmaqla, bir sıra Rusiya rəsmilərinin qohumlarına qarşı şəxsi sanksiyalar tətbiq edilib.

Mənbə: axar.az