Ukraynada döyüşən çeçenlərin sayı açıqlanıb

Ukraynada döyüşən çeçenlərin sayı açıqlanıb<span class="qirmizi"></span>

"Rusiya ilə Ukrayna arasındakı müharibədə 10 minə yaxın Çeçenistan döyüşçüsü iştirak edir".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çeçenistanın başçısı Ramzan Kadırov hüquq-mühafizə orqanlarının zabitlərinin paradında çıxışı zamanı deyib.

Xatırladaq ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Kadırovu general-polkovnik hərbi rütbəsi ilə təltif etmişdi.

Mənbə: report.az