Nobel Sülh mükafatının laureatları məlum olub

Nobel Sülh mükafatının laureatları məlum olub<span class="qirmizi"></span>

2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

“Report” Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi Norveç Nobel İnstitutunda keçirilib.

2022-ci il Sülh üzrə Nobel mükafatı belarus Ales Bialiatskiyə, Rusiyanın Memerorial təşkilatına və Ukraynanın Centre for Civil Liberties təşkilatına verilib.

Qeyd edək ki, mükafatın ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar “Demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə görə” bu mükafata layiq görülüblər.

Mənbə: report.az