Zahid Oruc: “Azərbaycanın Vətən müharibəsində qələbəsi bütün dövlət orqanları sisteminin səlahiyyətini artırır”

Zahid Oruc: “Azərbaycanın Vətən müharibəsində qələbəsi bütün dövlət orqanları sisteminin səlahiyyətini artırır”<span class="qirmizi"></span>

“Hamı dövlətdən status və səlahiyyət istəyir. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazanılan qələbə bütün dövlət orqanları sisteminin, eləcə də Ombudsmanın səlahiyyətini artırır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, əgər qələbə olmasaydı indiki qərar da olmazdı:

“Təəssüf ki, erməni faktoru olmadan düşünə bilmirik. Nəzərə almaq lazımdır ki, beynəlxalq aləmdə dövlətin rəsmi orqanları yanaşı, Ombudsmanın da mövqeyi, yaydığı bəyanatlar və rəylər daha keçərlidir. 12-14 sentyabr toqquşmalarından sonra 25 günə yaxındır ki, Azərbaycan əleyhinə müxtəlif ölkələrin nümayəndələri çıxış edirlər. Ona görə Ombudsman təsisatının beynəlxalq platformalarda Azərbaycanın müdafiəsi baxımından iştirakı vacibdir”.

Mənbə: report.az