Nazir müavini: "Bu il 420 min evin yüksəksürətli internətə qoşulması nəzərdə tutulur"

Nazir müavini: "Bu il 420 min evin yüksəksürətli internətə qoşulması nəzərdə tutulur"<span class="qirmizi"></span>

2021-ci ilin sonuna kimi GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında 370 min ev təsərrüfatı yüksəksürətli internet şəbəkəsinə qoşulub, 2022-ci ildə isə daha 420 min ev təsərrüfatının qoşulması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezliklərdən istifadə məsələləri ilə bağlı keçirilən görüşdə deyib.

R.Rüstəmov radiotezlik istifadəçilərini son dövrlər bu sahədə görülən işlər və yeniliklər barədə məlumatlandırıb: “Ölkəmizdə innovativ cəmiyyətin və rəqəmsal iqtisadiyyatın qurulması, habelə rəqəmsal transformasiya yolunda ən vacib element etibarlı, sürətli, əlçatan internet şəbəkəsinin olmasıdır. Bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum ortalama sürətinin 25 mbps-ə çatdırılması hədəflənir”.

Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, radiotezlik istifadəçisi olan şirkət rəsmiləri, müxtəlif qurumların nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Xatırladaq ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

Mənbə: report.az